TOFiQ ABDiNƏ ƏL BOYDA TƏBRiK MƏKTUBU

ƏBÜLFƏT MƏDƏTOĞLU
31115 | 2006-08-31 23:08
Tofiq abi, Siz həm qələminizlə, həm şəxsiyyətinizlə, həm insanlara olan diqqətinizlə son dərəcə əziz bir insansınız. Bütün mənalarda ömrünüzü yaradıcılığa, xeyirxahlığa və bir az da dostlara, tanışlara, qohumlara həsr etmisiniz. Elə ona görə də Sizi tanıyanlar, Sizi dəyərli bir ziyalı kimi, insan kimi çox istəyirlər.Allah bu istəyi əlimizdən almasın. Allah bu yarım əsrdə keçdiyiniz yolun uğurlarını davamlı, bərəkətli etsin. Allah Sizin qələminizi daha iti, ömrünüzü daha uzun, həyatınızı daha gözəl günlərə calamaqla hər birimizi sevindirsin.
   
   Siz şəxsən mənim üçün təkcə qələm dostu, söz adamı deyilsiniz, siz həm də duyğular və ürək adamısınız. Ürəyiniz var olsun!
   
   Sizi 65 (mən isə elə bilirdim ki, 50-dir) illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, bütün hallarda təkrarladığımız, amma hələlik ümidi ilə yaşadığımız Qarabağda bir əməlli-başlı görüşərik deyirəm.
   
   
   
   

TƏQVİM / ARXİV