adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Aprel 2014 17:40
6031
HADİSƏ
A- A+

Heydər Əliyev Mərkəzi qalib oldu

"İlin dizaynı” (Designs of the Year 2014) memarlıq, mebel, moda, qrafika, rəqəmsal dizayn və nəqliyyat kateqoriyaları üzrə qaliblərin adlarını elan edib.

Adalet.az xəbər verir ki, arxitektura kateqoriyası üzrə Zaha Hadid və Patrik Schumacherin Heydər Əliyev Mərkəzinə görə qalib elan olunublar.

Qeyd edək ki, sona qalan 7 qalib 76 nominant arasından seçiliblər.

Layihələrin hamısı martın 26-dan avqustun 25-dək Londonun Dizayn Muzeyində keçiriləcək sərgidə hər bir kateqoriyada qaliblər və bir ümumi qalib elan olunacaq. Onu da əlavə edək ki, yekun qalib kimi Zaha Hadid, Konstantin Qrçiç, Miuçça Pradanın adı çəkilir.