adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Aprel 2014 16:33
4156
SİYASƏT
A- A+

“İcmalar arasında görüşlərin keçirilməsi zəruridir”

"Hazırda ATƏT-in Minsk qrupu danışıqlar prosesində passivlik nümayiş etdirir. Bütün həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həlli istiqamətində təşəbbüslər göstərməlidir. Təəssüf ki, bu istiqamətdə real heç bir irəliləyiş görünmür". Bunu millət vəkili Rövşən Rzayev adıçəkilən qurumun fəaliyyətsizliyindən danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi dəyişilməzdir: "Azərbaycan rəhbərliyi əvvəl olduğu kimi, indi də ölkənin bütövlüyü mövqeyindən çıxış edir və Ermənistanın işğal olunmuş ərazilərdən çıxmasını tələb edir"

O həmçinin qeyd edib ki, Dağlıq Qarabağda yaşayan əksər ermənilər münaqişənin tez bir zamanda nizamlanmasında maraqlıdır: "Lakin onlar başda sarkisyanlar, koçaryanlar və digərlərinin olduğu separatçı rejimə tabedir. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələri arasında görüşlərin keçirilməsi zəruridir. Onlar bu münaqişənin həlli yollarını müzakirə etməlidir".