adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Aprel 2014 16:09
4984
MƏMLƏKƏT
A- A+

“Tədris müddəti uzadılsın?” - Sorğunun nəticəsi

Azərbaycan da orta məktəblərdə təhsil müddətinin uzadılması ilə bağlı bir müddət əvvəl xəbər vermişdik. Bununla bağlı mətbuata açıqlamasında Təhsil Nazirinin müavini Ceyhun Bayramov bildirmişdi ki, Azərbaycanda orta məktəblərdə tədris ilinin müddətinin dərs ilinin sonuna əlavə günlərin artırılması hesabına uzadılacağı gözlənilir.

Əlavə tədris həftələrinin dərs ilinin əvvəlinə, yaxud sonuna artırılacağı ilə bağlı dəqiq qərarın olmadığını deyən C. Bayramov dərs ilinin 3 həftəyədək artırılmasının nəzərdə tutulduğunu bildirmişdi.

Bu mövzu ətrafında yayılan məlumatlar ictimaiyyət tərəfindən leqal qarşılanmadı. Ölkəmizdə təhsil müddətinin uzadılması cəmiyyətdə birmənalı qarşılanıb qarşılanmadığını öyrənmək üçün Adalet.az  "Tədris müddəti uzadılsın?” başlıqlı sorğu keçirib. Üç həftə davam edən sorğuda nəticə etibari ilə məluam olub ki, əhalinin 45.83 faizi təhsil müddətinin uzadılmasının, 54.7 faizi isə bunun əksinin, yəni əvvəlki qaydanın davam etməsinin tərəfdarıdır.