adalet.az header logo
  • Bakı 11°C
23 Aprel 2014 15:54
5573
SİYASƏT
A- A+

Müsavatda kritik vəziyyət

"Bir həftə ərzində meriya müsbət cavab verməsə, qurultay avtomatik təxirə salınacaq”. Bu barədə Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Tural Abbaslı deyib. Onun sözlərinə görə, qurultaya texniki hazırlıq üçün ən azı bir ay vaxt lazımdır: "Bu gündən hesablasaq qurultay üçün təyin olunan vaxta bir ay müddət qalıb. Bu baxımdan bir həftəyə müsbət cavab verilməsə qurultay avtomatik təxirə salınacaq. Təşkilat Komitəsi bununla bağlı toplaşıb qərar verəcək. Hələ ki, kritik bir həftə var, bunu gözləyirik”.