adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Aprel 2014 15:25
8332
KRİMİNAL
A- A+

Gəncədə tələbə bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Ucar rayon sakini, 1993-cü il təvəllüdlü, Azərbaycan Dövlət Aqrar Universitetinin 3-cü kurs tələbəsi, Yusif Məmmədov qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən tələbənin vəziyyəti orta ağır qiymətləndirilir. Onun şəhərin Cavadxan küçəsində bıçaqlandığı bildirilir.

Y. Məmmədovun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.