adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Aprel 2014 14:27
31367
MÜSAHİBƏ
A- A+

Leyla Əliyeva: Bütün layihələrimizə kreativ yanaşma gətirməyə çalışırıq"

Heyər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT radiosunun Rusiya bürosuna müsahibə verib.

Adalet.az  AzərTac-a istinadən xəbər verir ki,  Fondun Azərbaycan və Rusiyadakı fəaliyyəti barədə danışan Leyla Əliyeva ictimai fəaliyyətlə məşğul olmasının səbəblərindən danışıb: 

"Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Onun işi həyatın bütün sahələrini – təhsil, mədəniyyət, elm, xeyriyyəçilik, səhiyyə, indi artıq ekologiyanı da əhatə edir. Mənim özümə gəldikdə isə, bu ictimai fəaliyyətə öz töhfələrimi vermək üçün böyük imkandır. Hesab edirəm ki, Azərbaycan gəncliyinin hər bir nümayəndəsi hansısa dərəcədə buna öz töhfəsinə verməyi arzu edir. Əlbəttə, xeyir gətirə biləcək nə isə etmək imkanı varsa mən məmuniyyətlə bundan istifadə edirəm".

Leyla Əliyeva Fondun həyata keçirdiyi layihələr barədə məlumat verərkən "Bakıya uçuş” sərgisi layihəsini daha çox bəyəndiyini deyib: "Burada Azərbaycandan 21 müasir rəssam iştirak edir. İki il əvvəl Londonda start verilən sərgi daha sonra Parisı, Romaya, Vena, Moskvaya uçdu və Bakıda başa çatdı. Sərgi imkan verdi ki, müasir Azərbaycan mədəniyyəti ilk dəfə dünya arenasına çıxsın. Sərgiyə pozitiv reaksiyaları görmək çox xoş idi. Mənim üçün Fondun sahiyyə və uşaqlarla iş sahəsində etdiyi hər şey çox vacibdir. Lakin hazırda məni hər şeydən çox talassemiya ilə bağlı layihə narahat edir. Fond yəqin ki, regionda ən böyük talassemiya mərkəzini açıb. Təəssüf ki, bu xəstəlik Azərbaycanda da mövcuddur. Xəstəlik dünyanın bütün ölkələrində mövcud deyil. Yaxşı xəbər ondan ibarətdir ki, bu yaxınlarda bu xəstəliklə bağlı dövlət proqramı yarandı".

Radionun sualına cavab olaraq, Nayrobidə BMT-nin baş katibinin müavini ilə görüşündən danışan Leyla Əliyeva bildirb ki, bu səfər onun Afrikaya ilk səfəri olub: "Mən İDEA yarandıqdan sonra artıq ekologiya ilə 3 ildir ki məşğulam. Bu kampaniyanın əsas məqsədi ətraf aləmin müdafiəsidir. Kampaniya bizim regionda gənclərlə işə istiqamətləndirilib. Biz bütün layihələrimizə kreativ yanaşma gətirməyə çalışırıq... Keniyaya gəldikdə isə, mənim üçün orada olmaq çox vacib idi. Çünki sən orada hiss edirsən ki başqa qanunlarla, vəhşi qanunlarla yaşayırsan. Bunlar unudulmaz təəssüratlar idi. Bundan sonra sən başa düşürsən ki, istənilən təbiət dəyərlidir. Azərbaycana qayıtdıqdan sonra görürsən ki, bizdə hər şey başqadır. Bizdə 11 iqlim qurşağından 9-u var. Çox vacibdir ki, insanların kifayət qədər biliyi, təhsili olsun və onlar dərk etsinlər ki, bunlar nə qədər dəyərlidir".