adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Aprel 2014 13:45
3971
MƏMLƏKƏT
A- A+

"Ana bədbəxt hadisə nəticəsində dünyasını dəyişib" - Səhiyyə Nazirliyi

Azərbaycanın Ucar rayonunda qeysəriyyə olunaraq yeni uşaq dünyaya gətirmiş gənc ananın ölümü ilə bağlı Səhiyyə Nazirliyindən açıqlama verilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin Adalet.az-a verdiyi məlumata görə, 19 yaşlı qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.



"1994-cü il təvəllüdlü Sayat Abdulrəhmanova aprelin 21-də Ucar Rayon Mərkəzi Xəstəxanasına doğuş üçün daxil olub. Həmin gün onun üzərində qeysər kəsiyi əməliyyatı aparılıb. Əməliyyat normal keçib və sağlam uşaq dünyaya gəlib. Lakin aprelin 22-də səhər saatlarında ana palatada gəzmək istədiyini deyib. S.Abdulrəhmanova carpayıdan ayağa qalxıb bir az gəzmək istəsə də, özünü yaxşı hiss etmədəyini söyləyərək yenidən carpayıda əyləşib. Elə bu zaman da o, carpayıdan üzü üstə yerə yıxılıb. Kəllə-beyin travması alan xəstənin beyninə qan sızıb. Xəstə üçün təcili reanimasiya tədbirləri görülsə də, onu xilas etmək mümkün olmayıb”, - deyə Anar Qədirli bildirib.

Nzirlik rəsmisi bildirib ki, hadisədə tibbi personalın günahklar olub-olmadığı hələlik məlum deyil. "İndi araşdırılmalıdır ki, protokola görə, tibbi personal xəstənin yanında qalmalıydı, ya yox. Hazırda hadisəni istintaq orqanları araşdırır. Bu hadisənin baş verməsində tibbi personalın günahının olub-olmamasını da istintaq orqanları müəyyən edəcək”, - deyə Anar Qədirli əlavə edib.