Qorumaq istəmədiyimiz polis

AQİL ABBAS
101955 | 2014-04-23 13:26

Qaradağ postunda başqalarının həyatını qorumaq, xilasetmək üçün saatlarla yağışın, qarın, qızmargünəşin altında dayanaraq vəzifəsini yerinə yetirən yol polisinin üstündən maşınkeçirirlər, həyatını itirir. Onun da atası, anası, ailəsi, övladları vardı və yolunugözləyirdilər…

Şamaxı yolunda yol hərəkəti qaydalarını kobud surətdə pozan, qəza şəraiti yaradan sürücünü yol polislərisaxlayır, amma… Amma sürücü polislərə tabe olmaq istəmir, onların və polislərə köməyəgəlmiş vətəndaşların üzərinə maşın sürüb qaçır. Sonra nə fikirləşirsə geriqayıdır və maşını Yol Polisi avtomobilinin üstünə sürür. Polis əməkdaşının ustalığı sayəsində qəzadan qaça bilir. Amma arxadan gələnmaşınlar qəzadan qaça bilmirlər və dəhşət… 7 nəfər həyatını itirir. Onların da ataları, anaları, övladları vardı, əzizlərininyollarını gözləyirdilər… Və hadisəni törədəngəncin və gənclərin də ataları, anaları, əzizləri vardı və onların yolunu gözləyirdilər…

Tərtər rayonunda şəhərin mərkəzində avtoxuliqanlıqedənləri yol polisi saxlayır. Avtoxuliqanlar maşından düşürlər və yol polisi əməkdaşınıbıçaqlayırlar. Ağır yaralansa da, xoşbəxtlikdən sağ qalır. Onun da atası, anası,ailəsi, övladları var və yolunu gözləyirlər…

Bir başqasıyol polisinə tabe olmur, çığırır, bağırır, onu şantaj edir, videoya çəkibyutuba yerləşdirir…

Daha bir başqası… Vəzifəsini yerinə yetirən yol polisinəyaxınlaşır, ondan sənəd tələb edir, niyə burdadayandığını, gizli radardan niyə istifadəetdiyini sorğulayır, az qala polis əməkdaşınıimtahan edir və sair və ilaxır. Sonra mətbuataçıxarıb polisi günahkar elan edir. İndi fikirləşin, hər gün yollardan yüzminlərlə maşın keçir və deyək ki, bunların100-ü, 150-si dayanıb yol polisindən sənəd tələb edir, sorğu-suala tutur, vəzifəsini yerinə yetirməyə imkan vermir,sonra da mətbuata çıxır…

Yeri gəlmişkən, bir-iki kəlmə radar haqqında, gününəsas mövzusu. Daha doğrusu, gizli radarlar haqqında.

Yollarda radarlar qurulub. Həm uzaqdan gözlə görünür,həm də xəbərdarlıq nişanı da var. Özümüzü yığışdırırıq. Elə ki, radarı keçdik… yaAllah ey, qoy üstünə nəyin var… qəzalar, ölümlər, göz yaşları…

Əvvəla, yol polisinin gizli radarlardan istifadəeləmək hüququ qanunla təsbit edilib. İkincisi də, əgər sən düzsənsə gizli radardanniyə qorxursan?

Polis, eləcə dəyol polisi insanlarla ən çox ünsiyyətdəolan dövlət məmurlarıdır. Ona görə də onların fəaliyyəti göz önündədir. Onlarbu ölkənin və bu ölkənin vətəndaşlarının əmin-amanlığını, asayişini, həyatını qoruyurlar.Sizə onlarla polis işçisinin adını çəkə bilərəm ki, vətəndaşların,yəni bizlərin həyatını xilas etmək üçün özünüqızıl güllənin qabağına verib həlak olub.Hələ mən yaralananları, sonradan ömrü boyu əlil olanları demirəm. Deyəcəksiz bu onların vəzifə borcudur. Bəs bizim borcumuz nədir? Onlara ləkəatmaq, şərləmək, şantaj etmək, nüfuzlarına xələl gətirmək?!

Bununla nə qazanırıq?! Cinayətin, cinayətkarların,avtoxuliqanların sayını artırırıq və sonra onların əlində əsir-yesir qalırıq, vəssalam!

Demirəm polis orqanlarında çalışanların hamısı Allahınbacısı oğlanlarıdı. Hər bir təşkilatdaolan kimi burda da yerində olmayanlar az deyil. Və hər il bu yerində olmayanların cəzalandırılması, daxiliişlər orqanlarından xaric edilməsi haqqında DİN-in rəsmi açıqlamaları olur.

Onlar Allahın bacısıoğlanları olmasalar da bizim atalarımızdı, qardaşlarımızdı, övladlarımızdı. Onlarbizi qoruyur. Biz onları qorumuruq-qorumuruq, barı heç olmazsa mane olmayaq!

Sonda. Badamdardayaşadığım ərazinin bir sahə müvəkkili var.Polis kapitanıdı. İşimlə əlaqədar tez-tez rayonlarda oluram və gecə saat 2-də,3-də qayıdıram. Və görürəm it ilindən qalmış «Jiquli»si ilə küçələrdə fırlanır.Hər dəfə də düşüb görüşürəm. Deyirəm, cənabkapitan, sən heç yatmırsan.

Deyir:

- Aqil müəllim, istəyirəmcamaat rahat yatsın.

Özü də kirayədə yaşayır.


TƏQVİM / ARXİV