Azad Rəhimov : “Mən heç bilmirəm “nurçuluq ”nədir”
Azərbaycan gənclər və idman naziri Azad Rəhimov adının "nurçular"la bağlı məsələdə hallanmasına aydınlıq gətirib. Gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında nurçularla heç bir əlaqəsinin olmadığını söyləyib: "Nurçuluq nədir, heç mən onu bilmirəm. Onu mənə başa salsınlar, sonra danışım. Mənim bu cərəyanla əlaqəm yoxdur".
Nazir Bakıda Avropa Olimpiya Oyunlarının keçirilməsi
ilə bağlı tikilən obyektlərə görə ağacların kəsilm`sini də düzgün saymayıb:
"Bunu deyənlər, yazanlar sanki Bakıda yaşamırlar. Çünki gəlin bir nəzər
salaq. Bakıda olan bəzi tikililər var ki, orada ağaclar təmir işlərinə görə kəsilir
və yenidən əkilir. Hansı tikiliyə görə ağac kəsilib ki? Ona görəs də təklif
edirəm ki, nəyisə yazmaqdan öncə bir təhlil etmək lazımdır. Düşünürəm ki, bunu
yaymaqda ya qərəzli mö qe nümayoş etdirilər ya da qeyri- peşəkar jurnalistlər
bunu yazırlar".
A.Rəhimovun sözlərinə görə, gənclərin ictimai fəallığının
artması üçün gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının sayı artmalıdır.
Nazir deyib ki, 10 il ərzində onların gənclər
təşkilatlarının sayı təxminən 5 dəfə artaraq 51-dən 250-yə qədər yüksəlib. Son il ərzində xüsusilə
rayonlarda gənclər QHT-lərin sayında artım nəzərə çarpır.
A.Rəhimov deyib ki, ötən il gənclər təşkiıatlarına
137 layihə üçün 5.540.991,40 manat ayrılıb.
Digər Xəbərlər
25 Aprel 2024 11:23
Əli Əhmədovun bu hərəkəti prezidentləri güldürdü - VİDEO
25 Aprel 2024 11:21Sadır Japarov Füzuliyə getdi
25 Aprel 2024 10:57Orduda komanda-qərargah təlimləri keçirilir - VİDEO
25 Aprel 2024 10:55Albert Aqarunovun doğum günüdür
25 Aprel 2024 10:54