adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Aprel 2014 12:11
6100
MƏMLƏKƏT
A- A+

3 həftədə 300 əlil avtomobil aldı - Foto

Adalet.az xəbər verir ki, aprelin 23-dəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbədə dayanan Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha100 nəfərinə "Naz-Lifan” markalı minik avtomobilləri təqdim edilib. Bununla da son3 həftə ərzində minik avtomobili ilə təmin olunan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin sayı 300 nəfərəçatıb.

Avtomobillərin təqdim olunması zamanı sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hərtərəfli qayğı ilə təmin olunmasına göstərilən Prezident qayğısından söz açılıb. Yeni minik avtomobili alan Qarabağ müharibəsi və 20 Yanvar əlilləri onların maddi təminatının gücləndirilməsinə, reabilitasiya vasitələri ilə təminatına göstərilən diqqət və qayğıdan razı qaldıqlarını vurğulayıblar. Çıxış edənlər qısa müddətdə minik avtomobili ilə təmin olunmaları üçün müvafiq Sərəncam imzalanmasını əlilliyi olan insanlara Prezident qayğısının əyani ifadəsi olduğunu önə çəkərək, dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə vurğulanıb ki, indiyədək artıq 4106 nəfər əlilliyi olan şəxsə minik avtomobilləri verilib. Bildirilib ki, 01 yanvar 2014-cü il tarixədək növbəyə durmuş şəxslərin nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilmiş siyahı üzrə pulsuz xüsusi avtonəqliyyatla təmin edilməsi bundan sonra da davam etdiriləcək və may ayının sonuna kimi daha375 nəfərəlilliyi olan şəxslərin minik avtomobilləri ilə təmin olunması planlaşdırılır. Eyni zamanda, növbədə olan Böyük Vətən müharibəsi və Çernobıl əlillərinin, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların da yaxın dövrdə xüsusi avtonəqliyyatla tam təminatı üçün müvafiq tədbirlər görüləcək.