adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Aprel 2014 11:59
6601
HADİSƏ
A- A+

Keçmiş deputata görə məhkəmə təxirə salındı

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Adalet.az-ın məlumatına görə, məhkəmənin təxirə salınmasına səbəb eks-deputatın Fariz Nemətovun iclasda iştirak etməməsidir.

Növbəti məhkəmə prosesi aprelin 25-də keçiriləcək.