Elmar Məmmədyarov : “Moskva görüşü böyük imkanlar açacaq”
"Azərbaycan Xəzər dənizinin sülh və əməkdaşlıq dənizinə çevrilməsinin tərəfdarıdır”.
Adalet.az-ın məlumatına görə, bunu
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın xarici işlər
naziri Xose Manuel Qarsiya-Marqallo ilə birgə keçirdiyi mətbuat konfransında
deyib. O bildirib ki, Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərləri payızda Həştərxanda
keçiriləcək sammitlə bağlı müzakirələr aparıblar və qarşıdakı aylarda İranda
nazir müavinləri səviyyəsində görüş planlaşdırılır: "Əgər ekspertlər yekun
sənəd ətrafında müzakirələri yekunlaşdıra bilməsələr, nazirlər səviyyəsində də
görüş ola bilər. Moskva görüşü çox konstruktiv olub. Beş ölkə tam şəkildə
razıdır ki, prosesdə irəliləyiş olsun. Müxtəlif məsələlər açıq şəkildə müzakirə
olunub. Bu görüş Xəzərin statusunun müəyyən edilməsində böyük imkanlar açacaq”.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin dənizin statusunun müəyyənləşdirilməsi məsələsində ciddi irəliləyiş əldə etdiklərini deyib.
Digər Xəbərlər
20 Aprel 2024 13:56