adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Aprel 2014 10:37
4514
MƏMLƏKƏT
A- A+

İki mərkəzi küçədə hərəkət məhdudlaşdırılacaq

Bu gecə Bakının iki mərkəzində küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-dən Adalet.az-a verilən məlumata görə, saat 22 radələrindən etibarən 28 May küçəsinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Bülbül prospekti ilə kəsişməyədək olan hissəsində üfüqi xətlənmə işləri ilə bağlı yol bağlanacaq. Həmçinin gecə saatlarında Bülbül prospektinin 28 May küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Hər iki istiqamətdə hərəkət edən sürücülərə alternativ yollardan istifadə etmələr məsləhət görülür.