adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Aprel 2014 10:31
4580
HADİSƏ
A- A+

Cəbhədə gərginlik

Erməni silahlı bölmələri ötən gecə də cəbhə xəttində atəşkəsi pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.