adalet.az header logo
  • Bakı 19°C
22 Aprel 2014 17:33
15628
DÜNYA
A- A+

Liderlərini millətindən ayırdılar - 5 illik

Krım tatar xalqının lideri, bütün dünyada tanınan məşhur dissident Mustafa Abdulcəmil Krımoğlunun 2019-cu ilə qədər Rusiya Federasiyası və Krım ərazisinə girişi qadağan olunub. 

Adalet.az xəbər verir ki, bunu Krım Tatar Məclisini mətbuat katibi Liliya Muslimova deyib. L. Muslimova M. A. Krımoğluna xəbərdarlıq məktubu təqdim olunduğunu bildirib: "Aprelin 22-də səhər tezdən Krım tatar xalqının lideri, Ukraynanın xalq deputatı Mustafa Abdulcəmil Krımoğlu Məclisin sədr müavini Aslan Ömər Krımlı ilə birlikdə Krımdan Kiyevə yola düşüb. Krımın Ukrayna ilə inzibati sərhədini keçərkən ona "Rusiya Federasiyasına girişə icazə verilməməsi haqqında xəbərdarlıq aktı” təqdim olunub”.