adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Aprel 2014 15:50
15787
KRİMİNAL
A- A+

İranla sərhəddə atışma-4 ölü

İran-Azərbaycan sərhədində baş verən silahlı insident zamanı 4 nəfər öldürülüb.  
APA-nın verdiyi xəbərə görə, hadisə aprelin 21-də gecə saatlarında İranın Ərdəbil vilayətinin Biləsuvar şəhərinin Xoruzlu kəndində baş verib.   Yerli sakinlər naməlum şəxslərin İran-Azərbaycan sərhədindəki posta hücum etdiklərini və tərəflər arasında silahlı qarşıdurma baş verdiyini bildiriblər. Onlar da həmin 4 nəfərin posta hücum zamanı öldürüldüyünü ehtimal edirlər. Bunlardan birinin polis əməkdaşı, o birinin əsgər, digər ikisinin mülki şəxslər olduğu vurğulanır. Ölənlərin yerli azərbaycanlılar olduqları qeyd edilir.   Hazırda İran polisi və təhlükəsizlik qüvvələri hadisə yerində araşdırma aparır. Hökumət 4 nəfər yerli sakinin ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.