adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Aprel 2014 16:24
9764
GÜNDƏM
A- A+

“Bunların hamısı yalandır" - Ahmet Saniç

Qafqaz Universitetinin rektoru Ahmet Saniç xarici və ölkə mediasında onun, "Çağ Öyretim İşletmeleri” şirkətinin rəhbəri Enver Özerenin, Bahri Topuzun və daha 5 nəfərin yaxın günlərdə deportasiya ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Adalet.az xəbər verir ki, Rektor A.Saniç Publika.az-a açıqlamasında yayılan məlumatların yalan olduğunu söyləyib.

O deyib ki, hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır və məlumat toplanılır: "Yəqin ki, sabah üçün geniş açıqlama veriləcək. Bu tip xəbərləri indi də Türkiyədə yayımlan media qurumları yayıblar. Ancaq bu xəbərlərin kökü Azərbaycana bağlıdır. Həmin xəbərlər Azərbaycanda yayılmış xəbərlərdir ki, indi də təkrar Türkiyədə yayımlanır. Yəni, bu xəbərləri Azərbaycan mediası Türkiyəyə, Türkiyə mediası isə bura yayır. Ümumilikdə isə baxırsan ki, eyni xəbərlərdir. Həmin xəbərlərin mənbəyi də buradadır. Mən bu cür xəbərləri yalan hesab edirəm. Bu, çox çirkin oyundur. Heç də yaxşı hal deyil. Yaşanan bu proses mənə heç də yaxşı təsir etmir. Yəqin ki, Azərbaycanın Təhsil Nazirliyi və ya digər hər hansı qurumunun bu məsələ ilə bağlı açıqlaması olacaq”.

Qafqaz Universitetinin adının dəyişdiriləcəyi barədə yayılan məlumatlara da toxunan A.Saniç bu barədə xəbərlərin yalan olduğunu söyləyib: "Bunların hamısı yalandır. Qafqaz Universitetinin adı dəyişdirilmir”.