adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Aprel 2014 16:07
5132
HADİSƏ
A- A+

Məktəbin həyətində

Bakının Səbail rayonunda məktəb həyətində iki ədəd tank əleyhinə mina tapılıb.

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, sakinlər Əhəd Yaqubov küçəsində yerləşən 14 saylı peşə məktəbinin ərazisində iki ədəd mina tapıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər ərazidə lazımi təhlükəsizlik tədbirləri görüblər. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçiriblər.

Müəyyən olunub ki, bunlar təlim məqsədilə istifadə edilən iki ədəd tank əleyhinə "TM-62” markalı mina və iki ədəd mina partladıcısıdır.

Qeyd edək ki, hazırda peşə məktəbində məcburi köçkünlər məskunlaşıb.