adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Aprel 2014 15:10
5114
SİYASƏT
A- A+

BAXCP viza rejiminə qarşı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.


Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, BAXCP İdarə Heyəti Azərbaycan hökumətinin İran İslam Respublikası ilə viza rejiminin aradan qaldırılması məqsədilə aparılan danışıqları müsbət qiymətləndirib və danışıqların sürətləndirilməsini vacib sayıb.

 

Partiya hesab edir ki, İranla yanaşı Türkiyə, Avropa Birliyinə daxil olan ölkələr, ABŞ və Kanada ilə də viza rejimi aradan qaldırılmalıdır: "Həmin ölkələrlə viza rejiminin aradan qaldırılması Azərbaycanda turizmin inkişafına, eyni zamanda, Azərbaycanın daha da çox tanıdılmasına kömək göstərər”.

 

İclasın sonunda aprelin 24-də, saat 10:30-da Şəhidlər Xiyabanında xilaskar türk əsgərinin anım gününün qeyd olunması qərara alınıb.