adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Aprel 2014 14:48
4895
SİYASƏT
A- A+

CHP-də gərginlik

30 mart seçkilərində məğlubiyyətə uğrayan CHP-də daxili gərginlik davam edir. Türkiyə mətbuatınının yaydığı məlumatına görə, Əminə Ülkər Tarhanın açıqlamasından sonra Nur Serter də partiyanı tənqid edib. 

İstanbul və Ankarada məğlub olan partiyanın ustəlik Antaliyada da məğlubiyyətə uğraması partiya daxilində çiddi müzakirələrə səbəb olub. Bir qrup gənc CHP üzvü seçkilərdəki uğursuzluğun səbəbinin partiyanın Gülən "camaatı" ilə əməkdaşlığı ilə bağlı olduğunu bildirib. CHP-nin uğursuzluğu müzakirə olunub. Və CHP lideri Kılıçdaroğluna ağır ittihamlar irəli sürülüb.

Həmin içlasla bağlı İstanbul millət vəkili Nur Serter bunları deyib: "Sarıgülün müvəffəqiyyət qazandığını demək mümkün deyil. 18 apreldə seçkilərlə bağlı müzakirələr apardıq. Kılıçdaroğluna seçkilərdəki uğursuzluğu məruzə etdik. Kılıçdaroğlunun Fətullah Gülən "camaatı" ilə görüşdüyü təəssüratının silinməsinin vacibliyini dedik. CHP-nin bələdiyyə seçkilərindəki uğursuzluğunun bir çox səbəbləri var.  CHP özünü xalqa daha yaxşı təqdim etməlidir və etibarlı partiya olduğunu göstərməlidir. CHP-nin Fətullah Gülən "camaatı"ilə əməkdaşlıq etməsi təəssüratı səs itirmək üçün yetərli qədər böyük səbəbdir".