Fəzail Ağamalı Leyla Yunusa kəklik dedi
Parlament üzvünün
sözlərinə görə, Azərbaycan dövlətinə xəyanətdə ittiham olunan jurnalist Rauf
Mirqədirovla bağlı Kütləvi İnformasiya Vasitələrində (KİV) verilən məlumatlar
çox lakonik xarakter daşıyır: "Onun barəsində hələ tam araşdırma aparılır.
Əminəm ki, bununla bağlı hüquq mühafizə orqanları lazımi açıqlamalar verəcək.
Təbii ki, bu cür faktlar araşdırılmalı və obyektiv şəkildə Azərbaycan
qanunlarının vermiş olduğu imkanlar çərçivəsində sərt tədbirlər həyata
keçirilməlidir. Vətənə xəyanətə görə heç kəs bağışlanıla bilməz.
Rauf Mirqədirovun müdafiəsi
ilə bağlı Leyla Yunusun açıqlamalarına gəlincə deyə bilərəm ki, bu birmənalı
şəkildə Ermənistanın xüsusi xidmət orqanları ilə bağlı məsələdir. L.Yunus uzun
illərdən bəri həm Ermənistanın xüsusi xidmət orqanları tərəfindən, həm də
işğalçı ölkənin erməni lobbisi tərəfindən müxtəlif qrantlar hesabına
maliyyələşdirilir. Bu insan Azərbaycanın dövlət maraqlarını satmaqla, ölkə
xalqına xəyanət etməklə öz biznesini qurmada davam edir. Birmənalı olaraq həmin
insan bütün dünyada və Azərbaycanda işğalçı Ermənistanın mövqeyini müdafiə
edir. Çox təəssüf ki, o, bunu riyakarcasına demokratiya, insan haqları adı
altında pərdələməyə çalışır. "Kəkliyin başı kolda amma bütün bədəninin
hissələri göründüyü kimi”, Leyla Yunusun da başı ermənilərin əlində amma
bütün bədəni, vücudu, düşüncəsi ölkəmizə xəyanət etməkdir. Təbii ki, bu da
növbəti addımlardan biridir. Əgər Rauf Mirqədirov Ermənistanla "Xalq
diplomatiyası” adı altında müəyyən əlaqələrə girirsə və bununla bağlı onlarla
bu və ya digər şəkildə danışıqlar aparırsa və ölkəmizin milli maraqlarını
Ermənistana satırsa bu vətənətə xəyanətdir. Düşünürəm ki, Leyla Yunus barəsində
də hüquq-mühafizə orqanları ölçü götürməli və o, Azərbaycan vətəndaşlığından
çıxarılmalıdır”.