adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Aprel 2014 14:28
8787
GÜNDƏM
A- A+

Pentensiar xidmət aclıq aksiyasını təkzib etdi

"Həbsdə olan "Nida” Vətəndaş Hərəkatı üzvləri təcridxanada aclıq aksiyasını davam etdirilməsi xəbəri yayılıb. Vəkil Namiq Hacıyevin mətbuata verdiyi  məlumata görə Bakı İstintaq Təcridxanasında saxlanılan "Nida” Vətəndaş Hərəkatının 7 üzvü və "Azad gənclik” Təşkilatının üzvü aprelin 17-dən aclıq aksiyası keçirir.

 N. Hacıyev aclıq aksiyasının davam etdiyi bildirib: ”Rəşadət Axundov mənə təcridxanada dedi ki, "Nida”nın  həbsdə olan 7 üzvü və "Azad Gənclik” təşkilatın bir üzvü  aclıq aksiyasını sona qədər davam etdirəcək”.

N. Hacıyev aclıq aksiyası edən gənclərin səhhəti barədə hələlik məlumatının olmadığını bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirilib ki, "Nida” Vətəndaş Hərəkatının Bakı İstintaq Təcridxanasında saxlanılan üzvlərinin aclıq aksiyası etməsi barədə olan məlumatlar həqiqəti əks etdirmir: "Hazırda təcridxananda saxlanılan bütün "Nida” üzvlərinin səhhəti tam normaldır”.