adalet.az header logo
  • Bakı 18°C
21 Aprel 2014 13:14
8397
ƏDƏBİYYAT
A- A+

Zəlimxan Yaqub : "İndi yaxşıyam"

"İyun ayının 1-də Almaniyaya gedəcəyəm. Orada həkimlərin müayinəsindən görüşməliyik. Bir həftədən sonra yenidən Bakıya qayıdacağam”.

Bunu Modern.az-a açıqlamasında uzun müddətdir ki, səhhətindən əziyyət çəkən xalq şairi Zəlimxan Yaqub deyib. Böyrək çatışmazlığından əziyyət çəkən və iki ilə yaxındır ki, mütəmadi olaraq Avropaya gedib-gələn xalq şairi hazırda vətəndədir.

Özünü yaxşı hiss etdiyini bildirən şair yoxlanmaq üçün yenidən Almaniyaya gedəcəyini vurğulayıb:
"İndi yaxşıyam. Səhhətim pis deyil. İyun ayının birində Almaniyaya gedəcəyəm. Orada professor həkimlərlə görüşməliyik. Bir həftədən sonra yenidən Bakıya qayıdacağam”.