adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Aprel 2014 12:50
5745
MƏMLƏKƏT
A- A+

Bakı arxitekturasında mühüm dəyişiklik ediləcək

Aprel ayının sonuna kimi Məxsusi Bakının Ərazidən İstifadə və Zonalaşdırma Planı hazır olacaq. 

Adalet.az xəbər verir ki, bu barədə Movqe.az-a eksklüziv olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Böyük Bakının Regional İnkişaf Planı və 2009-cu ildə bu sazişə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabdeh qurum kimi təyin edilməsi haqqında əlavəyə əsasən hazırlanıb: "Layihənin növbəti mərhələsini Bakı şəhərinin mərkəzində 33 min hektardan artıq ərazini əhatə edən Məxsusi Bakının 1:10000 miqyaslı Ərazidən İstifadə və Zonalaşdırma Planı təşkil edir. Azərbaycanın malik olduğu sosial-iqtisadi potensialın mühüm hissəsi Bakı şəhərinin mərkəz hissəsinin – Məxsusi Bakının payına düşür. Baş plan ərazisinin ölkənin yalnız 0,4%-ni təşkil etməsinə baxmayaraq regionun ölkə əhalisində payı təxminən 20%, ölkə Ümumi Daxili Məhsulunda payı isə 52% təşkil edir. BBRİP layihəsinin istinad tarixi kimi 01.01.2011-ci il götürülməklə layihənin hesabat müddətinin son tarixi kimi 2030-cu il qəbul edilib. Planın hazırlanması üzrə tamamlama işlərinin bu ilin ilin aprel ayında yekunlaşdırılması nəzərdə tutulub. Artıq tamamlanma işləri yekunlaşmaq üzrədir. Tamamlama işləri yekunlaşdıqdan sonra plan ictimai müzakirəyə təqdim ediləcək. Burada ölçülərin dəyişdirilməsi ilə yanaşı ekoloji yanaşma olacaq. Plana görə, Məxsusi Bakı ərazisi (Bakı amfiteatrı) mərkəzi biznes rayonu, Sumqayıt və Ələt – urbanizasiya şəhərləri, Xırdalan və Sabunçu alt-mərkəzlər, Lökbatan, Zığ, Sanqaçal, Müşfiqabad, Novxanı, Maştağa, Şüvəlan, Türkan və Hövsan yerli mərkəzlər olacaq”.