adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Aprel 2014 12:30
7101
SİYASƏT
A- A+

Rauf Əliyev Siyavuş Novruzovun müdafiəsinə qalxdı

Millət vəkili Siyavuş Novruzovun parlamentin 18 aprel iclasında "Molotov kokteyli” ifadəsi əvəzinə "Molotov kotleti” ifadəsini işlətməsi sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Millət vəkili Rauf Əliyev KİV-ə açıqlamasında S.Novruzovun müdafiəsinə qalxıb. Onun sözlərinə görə, hər bir insan kimi Siyavuş Novruzov da səhv edə bilər: "Bu gün Siyavuş Novruzovu cəmiyyətdə tanımayan insan yoxdur. O, xalqına, millətinə, dövlətçiliyə bağlı bir insandır. Neçə ildir ki, siyasətlə məşğuldur. Həm daxili, həm də beynəlxalq aləmdə öz sözünü, Azərbaycan xalqının sözünü deyir. İndi hansısa səhv sözə görə bunu qınamaq nəyə lazımdır?!”.

 R.Əliyev onu da bildirib ki, Azərbaycanın problemləri dura-dura Siyavuş Novruzovu hədəfə götürmək düzgün deyil: "Sosial şəbəkələrdə onları müzakirə etmək lazımdır. Siyavuş Novruzov dostum, həmkarımdır. O öz faydalı fəaliyyətini davam edəcək və mən də həmkar kimi həmişə onun yanındayam”.