adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Aprel 2014 11:30
6129
SİYASƏT
A- A+

Tural Abbaslı Arif Hacılı qarşıdurması böyüyür

Müsavat Partiyasında başqanlıq savaşı qızışdıqca namizədlər arasında gərginlik səngimək bilmir. Mediada yer alan məlumatlara görə, hazırda Müsavat daxilində Arif Hacılı-Tural Abbaslı qarşıdurması yaşanır.

T.Abbaslı yayılan informasiyalara münasibət bildirərkən bunu təkzib etsə də, Airf Hacılı ilə fikir ayrılığının olduğunu təsdiq edib: "Arif Hacılı ilə mənim aramda qarşıdurma olması haqda deyilənlər doğru deyil. Aramızda sadəcə fikir ayrılığı ola bilər. Təbiidir ki, hansısa fikirlərimiz üst-üstə düşməyə bilər, amma bu təkcə Arif bəylə deyil, İbad bəy, Səxavət bəy, yaxud digərləri ilə də baş verir”.