adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Aprel 2014 10:54
7517
KRİMİNAL
A- A+

Bakıda xarici vətəndaş soyuldu

Bakıda xorvatiyalı turistin pul kisəsi oğurlanıb.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Neftçilər prospektində yerləşən Park-Bulvar ticarət Mərkəzində qeydə alınıb.

Azərbaycana turist kimi gələn Xorvatiya Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Nladen Knotekin içərisində 23 manat və müxtəlif kredit kartları olan pul kisəsi oğurlanıb.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Zaytsev Yuli Yuriyeviç saxlanılıb, barəsində inzibati protokol tərtib edilib.