adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Aprel 2014 10:24
7426
KRİMİNAL
A- A+

Qonşusunu qətlə yetirdi - Kürdəmirdə

Kürdəmir rayonunda qətl törədilib.

Rayon Prokurorluğundan Adalet.az-a verilən məlumata görə, hadisə aprelin 20-dən 21-ə keçən gecə qeydə alınıb. Rayon sakini, 1978-ci il təvəllüdlü Emin Zeynalov şəxsi münasibətlər zəminində qonşusu, 1956-cı il təvəllüdlü Möhkəm Sirac oğlu Rəhimovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən E. Zeynalov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.