adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Aprel 2014 14:55
6294
GÜNDƏM
A- A+

Rusiya “Eurovision”dan uzaqlaşdırıla bilər - Krıma görə

May ayında Kopenhagendə keçiriləcək "Eurovision” mahnı yarışmasında Rusiyanın iştirakı ilə bağlı qalmaqal yaranıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Tolmaçevıx bacılarının "Shine” mahnısında londonlu jurnalist Uilyam Li Adams qızğın diskussiya üçün yeni mövzu aşkar edib. Onun iddiasına görə mahnıda Rusiyanın Ukraynaya qarşı münasibətinə eyham var. İngiltərəli jurnalistin sözlərinə görə, kompozisiyadakı bir sətir Krımla bağlıdır: "Living on the edge, closer to the crime-cross the line a step at a time”. Jurnalist iddia edir ki, "the srime” – cinayət deməkdir, "Crimea” isə Rusiyanın özünə birləşdirdiyi Krımdır.

Rusiyanın Heat.ru portalı təsdiqləyib ki, müsabiqənin çoxsaylı pərəstişkarları və musiqi tənqidçiləri Adamsı dəstəkləyərək "Eurovision”un təşkilat komitəsinə Rusiyanın müsiqi yarışmasından uzaqlaşdırılması üçün müraciət ediblər. Ancaq təşkilat komitəsinin bu çağırışa reaksiya vermədiyi bildirilir.

Xatırladaq ki, 59-cu "Erovision” mahnı yarışması mayın 6-dan 10-dək Danimarkada keçiriləcək.