adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Aprel 2014 13:21
5181
MƏMLƏKƏT
A- A+

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 20-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az -a verilən məlumata görə, sabah gecəyə doğru bəzi yerlərdə qısa müddətli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.

Sabah hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 20-25, bəzi yerlərdə 28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.