adalet.az header logo
  • Bakı 13°C
19 Aprel 2014 13:18
4399
HADİSƏ
A- A+

DİN avtobus qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb.Adalet.az -ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 18-də saat 11 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakinləri Əliqulu Əliquliyevin 35 saylı xətt üzrə idarə etdiyi "İsuzu” markalı və Emin Bağırovun 50 saylı xətt üzrə idarə etdiyi "Daewoo” markalı avtobuslar toqquşub. Ə.Əliquliyevin sərnişinləri, həmyerliləri Solmaz Məmmədova, Cəmafər Balabəyov, Elnur Ağayev və Ağsu rayon sakini Gülqız Əbülfətova xəstəxanaya yerləşdiriliblər.


C.Balabəyova və E.Ağayevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.