adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Aprel 2014 12:39
6041
MƏMLƏKƏT
A- A+

2 rayonda qaz olmayacaq

Bu gün Bakının 2 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Nərimanov rayonu Xəlil Rza Ulutürk küçəsində yol qovşağının (tunel) tikintisi zamanı 530 mm-lik daşıyıcı qaz kəmərindən ayrılan 159 mm-lik orta təzyiqli qaz kəmərinin "Azvirt” MMC tərəfindən zədələnməsi nəticəsində əmələ gəlmiş qaz sızmasının ləğvi ilə əlaqədar bu gün saat 13:00-dək Nərimanov və Binəqədi rayonlarının bir hissəsinətəbii qazın verilişində fasilələr yaranacaq.