adalet.az header logo
  • Bakı 20°C
19 Aprel 2014 17:46
11408
GÜNDƏM
A- A+

Rauf Mirqədirov artıq Bakıdadır

Türkiyədən deportasiya olunan azərbaycanlı jurnalist, "Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovu Bakıya gətirən təyyarə Heydər Əliyev adına Hava Limanında yerə enib.


APA– nın Heydər Əliyev adına Hava Limanındaolan əməkdaşının verdiyi məlumata görə, R. Mirqədirov təyyarədən ensə də, onu pasport-nəzarət keçidində saxlayıblar.

***


Türkiyədən deportasiya olunan azərbaycanlı jurnalist, "Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov Bakı vaxtı ilə saat 14.00-da Ankarada təyyarəyə mindirilib və Bakıya gəlir.

Bunu APA-ya açıqlamasında "Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib.

E. Şıxlı qeyd edib ki, R. Mirqədirovun deportasiya olunma səbəbi açıqlanmır: "Ona bildiriblər ki, Türkiyə dövləti və xalqı qarşısında heç bir cinayəti yoxdur, sadəcə tapşırıq belədir. Mən deportasiyanın səbəbini öyrənmək üçün Türkiyənin Azərbaycandakı səfirliyinə bir neçə gün əvvəl məktubla müraciət etsəm də, hələlik bir cavab yoxdur. Rauf gəlsin, görək nə baş verir”.

E. Şıxlı onu da deyib ki, hadisə qardaş dövlət olan Türkiyədə baş verdiyi üçün çox səs-küy salmaq istəmirlər: "Amma hər halda bunun səbəblərini açıqlamalıdırlar”.

Baş redaktor bildirib ki, R. Mirqədirovu saxlayıb, deportasiya edərkən ailəsi ilə görüşə imkan verməyiblər, bu səbəbdən o, Bakıya tək gəlir: "Ailəsi orda qalıb. Dünən Rauf ailəsi ilə birgə avtobusla gəlmək istəyirmiş. Saxlayıb, ailəsindən ayırıb, bu gün də tək yola salıblar. Dünəndən də ailəsi ilə əlaqə yaratmağa imkan verməyiblər. Ailə üzvlərinə isə bildiriblər ki, sabaha kimi Türkiyədən çıxmasalar, tutacaqlar. Onlar da yəqin bu günlərdə Azərbaycana qayıdarlar”.

***


"Ayna-Zerkalo” qəzetinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirov Türkiyədən deportasiya edilib.Adalet.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyədə yaşayan jurnalist Şeyda Nəsibli xəbər verib.

Bir müddət əvvəl tanınmış jurnalistin Türkiyədə mətbuat təmsilçiliyi ləğv edilib. Ötən gecə isə Rauf Mirqədirov ailəsi ilə birlikdə avtobusla Türkiyəni tərk etmək istəyib. Lakin yola düşəndən 15 dəqiqə sonra avtobus saxladılıb, jurnalistə və ailə üzvlərinə qarşı kobudluq edilib. Heç bir səbəb göstərilmədən Rauf Mirqədirov avtobusdan endirilib.

Jurnalistin deportasiya proseduru üçün Əmniyyət İdarəsinin xarici vətəndaşlar şöbəsinə aparıldığı bildirilir. Hazırda deportasiya üçün sənədlər hazırlanır və jurnalist Azərbaycana göndəriləcək. Ailə isə görüşə icazə verilmir.