adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
19 Aprel 2014 12:28
4980
HADİSƏ
A- A+

Xəstəxananın həyətindən körpə meyiti tapılıb

Qax Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş körpə meyiti tapılıb.

Qax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Qax Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş oğlan uşağının meyitinin tapılması barədə polisə məlumat daxil olub, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.

Araşdırmalar zamanı uşağın vaxtından əvvəl doğulduğu müəyyən edilib. Həkimlər uşağın xəstəxanada doğulmadığını bildiriblər.

Hazırda meyitin ora kimin tərəfindən və hansı məqsədlə atıldığı araşdırılır.