adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Aprel 2014 11:22
10336
GÜNDƏM
A- A+

Rza Zərrab sükutu pozdu - Şok açıqlamalar

17 dekabr əməliyyatında adı hallanın və 70 gün həbsdə qalan biznesmen Rza Zərrab bir müddətdir araya çökən sükutu pozdu. Onu buna vadar edən isə haqqında tükənmək bilməyən söhbətlərdir. Belə ki, Türkiyənin İrandan qaz alacağı əvəzində Rza Zərrabın bunu əlində olan külli miqdarda qızılın satması ilə əlqaələndirdilər. Bundan başqa tanınmış iş adamının 87 milyard dollarılıq pul əməliyyatı apardığını, o cümlədən bu proseslərdə Türkiyənin bir neçə nazirinə rüşvət təklif etdiyinə dair söhbətlər də səngimir.

Belə bir vəziyyətdə Ebru Gündəşin məşhur biznesmen əri, haqqında danışılanları özünə qarşı dərin bir haqsızlıq kimi qəbul edir. Onun bu ittihamlara cavabında çox uzun danışması nə qədər qərəz nümayiş etdirdiyini göstərir.

Adalet.az-ın verdiyi xəbərə görə, Türkiyənin nüfuzlu qəzetibnə müsahibə verən Rza Zərrab bir sıra gizli və dəhşətli məsələlərə toxunub.

Mənə dedilər ki...

Həbsdə yattığı müddətdə ona qarşı gizlin hədələrin olduğu, hökümətə qarşı iyrənc təkliflərin verildiyini bildirən Zərrab məhbusda olarkən ona qarşıbir sıra təzyiqlərin olduğunu söyləyib: "Mənə dedilər ki, günahı hökümətin üstənə at, səni azad edək. Mən bunu təbii ki, qəbul etmədim, lakin hmin an məni gecənin yarısında yatağımda qaldırıb 20-ə yaxın kameranın qabağına çıxartdılar. Buna təəccübləndim, və sonra başa düşdüm ki, mənə qarşı təxribatdır”.

Gəminin sənədi yox idi

İran əsilli biznesmen həmçinin onun haqqında Afrika dövlətlərinin birindən 1.5 ton qızıl alması xəbərinə də münasibət bildirib: "Biz Qana respublikasında qızıl alacağdıq, lakin öyrəndik ki, həmin qızılları bizə gətirən gəminin sənədi yoxdur və biz imtina etdik. Məhz buna görə də adımız hallandı ki, tonlarla qızılımız var”. Görünür ki, Rza Zərrab özünü müdafiə etməkdə davam edir. Hər halda həmin ticarət gəmisinin sənədləri yerində olsaydı, yəqin ki, artıq 1.5 tonluq qızıl ticarəti baş tutmuşdu.

O mənim ortağım deyil

Bir vaxtlar çox yaxın iş ortağı və hətta müəllimi hesab olunan İranlı Babək Zəncan və onun iş ortaqlığından da söhbət açan Rza Zərrab maraqlı açıqlamalarını davam etdirib: "Mən Zəncala bağlı heç bir şey deyə bilmərəm, onunla heç bir münasibətim olmaylıb, o ki qaldı 87 milyardlıq əməliyyata, əslində bu böyüklükdə rəqəmin hallanması tamamilə absurdur. Düşünün ki, İranla Türkiyə arasındakı illik ticarət dövriyyəsi 3.5 milyar avrodur. Sadə bir hesablama aparsaq görərik ki, bu iki ölkənin arasında 87 milyardlıq ticarət dövriyyəsinin toplanması üçün nə az nə çox düz 24 il vaxt lazımdır. Bu hansı məntiqə söykənir? Bu iddiyaları ortaya atan şəxslər Riyaziyyatı bilmir”.

Apardığım ticarət qanunidir

"Mənim yürütdüyüm bütün ticari proseslərimin hamısı qanunauyğun şəkildə məsul banklarla iş birliyi əsasında aparılıb” – deyən Rza Zərrab 200 ton qızıl ixrac edərək Türkiyə dövlətinə 25 milyard avro dəyərində xeyir verdiyini söyləyir. İranla bağlı verilən suala isə Ebru Gündeşin əri belə cavab verib: "Mənim iran dövləti ilə heç bir intriqam yoxdur. İstədiyim vaxt ora gedə bilərəm. İranda heç b ir qanun pozuntusuna yol verməmişəm ki, həbs qararı olsun. Orada şirkətlərim var, hal – hazırda atam da ordadır”. O cümlədən Türkyəni İrana qarşı qoyduğu qızıl ticarətinə qadağadan sonra biz də biznes ortaqlığımızın qızıla yönələn istiqamətini dayandırdıq”.

Rüfət Soltan