adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
19 Aprel 2014 11:09
4947
GÜNDƏM
A- A+

İran səfiri ABŞ-a buraxılmayacaq - Obama təsdiqlədi

ABŞ prezidenti Barak Obama İranın BMT-dəki yeni səfiri Həmid Əbutalibinin ölkəyə buraxılmamasını nəzərdə tutan qanun layihəsini imzalayıb.


Adalet.az-ın "BBC”-yə istinadən məlumatına görə, layihəyə əsasən, terrorçu kimi ifşa edilmiş şəxslərin ABŞ ərazisinə daxil olaraq, mənzil –qərargahı Nyu-Yorkda yerləşən BMT-də işləməsi qadağan edilir.

Xatırladaq ki, İranın BMT-yə təyin etdiyi yeni daimi nümayəndə Həmid Əbutalibi1979-cu ildə Vaşinqtonun Tehrandakı səfirliyi əməkdaşlarını girov götürmüş tələbə qrupunun tərkibində olduğu iddia edilir.

İran yeni səfir təyin etməyəcəyini bildirib.

H.Abutalıbi ona qarşı irəli sürülən ittihamları təkzib edib, həmin hadisələr zamanısadəcətərcüməçi işlədiyinibildirib.

İran qərarın beynəlxalq qanunlara zidd olduğunu və digər şəxsi təyin etməyəcəyini bəyan edib.