adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 Aprel 2014 06:48
7184
İDMAN
A- A+

QVARDİOLA "BAVARİYA"DAN GETMƏYƏ HAZIRDIR

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola komandanın oyun üslubunu tənqid edən klubun fəxri prezidenti Frans Bekkenbauerə cavab verib. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəsmisi Münhen təmsilçinin qələbə qazanmasına baxmayaraq, çox darıxdırıcı oyun nümayiş etdirdiyini bildirmişdi.
Xosep Qvardiola isə deyib ki, əgər rəhbərlik onun oyun üslubunu bəyənmirsə, mövsümün sonunda "Bavariya"dan ayrılmağa razıdır: O bildirib: "Tənqidləri qəbul edirəm. Ancaq mən oyun üslubumu dəyişmərəm. Burada əlimdən gələni etməyə çalışıram. Klub rəhbərliyi işimdən məmnun deyilsə, mövsümün sonunda qarşılıqlı razılaşma ilə yollarımızı ayıra bilərik".