adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Aprel 2014 06:42
7139
İDMAN
A- A+

AFFA-dan sərt cəzalar

Dünən AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunlarında baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb. Azərbaycan kubokunun 1/2 final mərhələsinin "Neftçi"- "Rəvan" matçının 52-ci dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra "Neftçi" klubunun azarkeşləri meydanı tərk edən rəqibin futbolçularına əşyalar atıqları üçün klub 2000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin olunmadığına görə "Neftçi" klubu 5000 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/2 final mərhələsinin "Qəbələ" - "Xəzər Lənkəran" matçının 1 və 2-ci dəqiqələrində "Qəbələ" klubunun azarkeşləri, 42-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 1000 manat cərimə olunub.
Oyunun 5-ci və 8-ci dəqiqələrində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.Oyunun 63-cü dəqiqəsində "Qəbələ" klubunun məşqşisi Andrey Syomin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.
Oyundan əvvəl cəzalı olduğu üçün matçda iştirak etmək hüququ olmayan "Qəbələ" klubunun futbolçusu Elnur Allahverdiyev geniş kütlə qarşısında oyunun baş hakimini təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 10000 manat cərimə olunub. Futbolçuya verilmiş 5 oyunluq cəza Premyer Liqa matçlarına şamil edilib.