adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Aprel 2014 06:34
7269
İDMAN
A- A+

Simyone: "Qalan bütün oyunlar bizim üçün finaldı"

"Atletiko" Madridin baş məşqçisi Dieqo Simyone böyük səylə komandasını La-Liqadakı 34-cü tura hazırlayır. Məlum olduğu kimi argentinalı mütəxəssisin komandası bazar günü öz evində "Elçe" ilə qarşılaşacaq. Xatırladaq ki, turnir cədvəlinin təhlükəli zonasına yaxın sırada - 15-ci yerdə qərarlaşan rəqib vəziyyətini düzəltmək üçün çox çalışır.
Birinciliyi qoruyub saxlamaq istəyən "Atletiko"nun çalışdırıcısı Simyone deyib: ""Elçe"yə qarşı oyunu heç də 3 xal qazanacağımız bir iş kimi qəbul etmirik. Əksinə, həmin matça mövsümün ən həlledici qarşılaşması kmi baxırıq. Və əslində qalan bütün oyunlar bizim üçün finaldı. "Elçe" ilə oyunda çalışmalıyıq ki, topa daha çox biz nəzarət edək və rəqibə öz oyununu diqtə etməsinə imkan verməyək. Rəqib xal toplayıb təhlükəli zonadan uzaqlaşmaq üçün əlindən gələni edəcək. Biz bunu mütləq nəzərə almalıyıq".