adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Aprel 2014 06:34
5911
İDMAN
A- A+

"Fənərbaxça" başqanı yenidən həbsxanada

"Fənərbaxça" azarkeşləri şok xəbər alıblar. Apasport.az saytının məlumatına görə, klub başqanı Əziz Yıldırım yenidən həbsxanaya salınacaq.
Baş Prokurorluq Əziz Yıldırımın vəkillərinin verdiyi etirazları rədd edib və qərarı qüvvədə saxlayıb. Bu qərara görə, futbol oyunları fırıldağında ittiham edilən "Fənərbaxça" başqanı yenidən həbsxanaya salınacaq. Onun bundan sonra daha 2 il 2 ay həbsdə qalacağı bildirilir. Yıldırım sağlıq durumu ilə bağlı qərarın təxirə salınması hüququndan da istifadə etməyəcək.
Hələlik Yıldırımın həbsxanaya nə zaman qaytarılacağı bilinmir. Onun "Fənərbaxça" futbol klubunun çempionluq xəbərini azadlıqda və ya həbsxanada alacağı da qaranlıqdır.