ANA SƏHİFƏ / YAZARLAR

REALLIĞIN ETİRAFI

15417    |   2014-04-19 06:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məlumdur ki, əvvəllərə nisbətən ölkədə nəşr edilən qəzetlərin sayı on dəfələrlə artıb. Təbii ki, son 15-20 il ərzində çoxlarının qəfl ağlına gəlib jurnalist işləmək (?) istədiyi kimi, həvəsə düşüb kitab nəşr etdirmək də əndazəni aşıb. Yazıçı və şair adlanmaq fərdin istəyindən asılı olub. Əndrəbadi şeirlər, hekayələr, povestlər, janrı məlum olmayan digər cızma-qaralar kitablara çevrilərək hər tərəfi bürüyüb. Doğrudur, əsl ədəbiyyat adına oxucunu cəlb edən, soruşulan, axtarılan kitablar da az deyil. Ancaq kafelərə, barlara, içki mağazalarına çevrilən əsl kitab mağazalarımızı görüncə adi makulaturadan fərqlənməyən bir çox qəzet və kitabların da mövcudluğuna öyrəşirik. Fəqət ortaya yaranmış vəziyyətdən doğan suallar da çıxır. Mövcud kitab mağazalarında intensiv axtarış və alış-verişlə rastlaşırıqmı?
Mövzumuz başqadır. Məlum bir dövrün kakofoniyası uzun müddət məhz bir-birinə daha yaxın olan mətbuatın və ədəbiyyatın üzərinə gəldiyindən, daha çox onların estetikasını pozduğundan belə bir ricət yarandı.
Qəzet satışı və mətbuatın digər üsullarla oxucuya təqdimi və çatdırılması məsələsi müəyyən aravermələrlə tez-tez gündəmə gətirilir. Elə yaxın günlərdə olduğu kimi. Qəzetlərin, gündəlik mətbuatın yaradıcılıq, istedad tələb və oxşarlıqlarını bir tərəfə qoysaq, ədəbiyyatla müqayisədə onun dərdi, ağrısı başqadır. Qəzet köşklərinin gah azalmasının, gah da müasirləşməsinin siyasi məqam kimi vurğulanması ən azından sadəlöhv yanaşmadır. Onda bəs əksəriyyətinin dəqiq məramı bəlli olmayan saytların az qala gündən-günə artıb-çoxalmasını hansı səbəblərə bağlayaq? Məgər elektron mətbuat, elektron xəbərçilik bütünlüklə normal qurulurmu? Baş verən hadisələrin və narazılıqların fonunda bütün bunlar çox aydın görünür. O qəzetdə, o jurnalda, o saytda... ki, peşəkarlar azlıq təşkil edir, yazılı və elektron jurnalistika simvolik xarakter daşıyır. Əgər dərindən diqqət yetirilsə, aydın olacaqdır ki, mətbuatımızda yaranan bir sıra cari narahatçılıq qeyri-peşəkarların, reketlərin, müəyyən məqsədlərə xidmət edənlərin heç vecinə də deyil. Əsas ağırlıq və təəssübkeşlik həmişə müasirlik sorağında olan tanınmış normal nəşrlərin üzərinə düşür. Problemləri də onlar qaldırır, təklifləri də onlar verir, cəmiyyəti düşündürən məsələlərə də onlar təsir edir. Peşəkar mətbuatın görülən işlər, yeniliklər barədə yazdıqları da, diqqəti bəzi nöqsan və çatışmazlıqlara yönəltməsi də, çeşidli informasiyaları da cəmiyyət tərəfindən normal qarşılanır.
Müstəqil, iqtidar və ya tənqidçi mətbuatın özünəməxsus mövqeyi daim diqqət mərkəzində olan məsələdir və bütün bunlar auditoriyaya hesablanır. İndi elə bir dövrə çatmışıq ki, mətbuatda çalışan jurnalistlərdən yüksək savadlılıq, dünyagörüş, ziyalılıq, prinsipiallıq və əsl vətəndaş mövqeyi tələb olunur. Yaxşı haldır ki, jurnalistika fakültəsinə qəbul qaydaları belə bir missiya təməlində yeniləşdirilir. Eyni zamanda tez də xatırlayırıq ki, bu cür həssas yanaşma cüzi bir təsəlli olacaqdır. Çünki demokratiyanın verdiyi hüquqlardan sui-istifadə edib jurnalistikanın anasını ağladanlar, belə gedirsə hələ xeyli müddət öz miskin amplualarında qalacaqlar. Zövqlər korlanacaq, məmurlar bezəcək, insanlar yorulacaq və... kağızlar hayıf olacaq.
Burası belə. Qaldı qəzet yayımının və satışının tərəddüdlü vəziyyətinə, qəzet köşklərinin azalmasına və digər yayım vasitələrinin arzulanan səviyyədə fəaliyyət göstərməməsinə, bu, o qədər də böyük fərq yarada bilməz. Oxucunun zövqü tələb edəcəksə o, öz qəzetini axtaracaq və tapacaq.
Digər səbəblər də var axı. Qəzet satışının, qəzet yayımının azalmasındakı səbəblərdən ən birincisi elə qəzetlərin özü və fəaliyyəti ilə bağlıdır. Əslində sırf anatomik səbəbdir. Nə qədər acı olsa da deməliyik ki, bəzi qəzetlərimiz Azərbaycan oxucusunun xeyli hissəsini uzun illərdir ki, əsasən sensasiyaya meyilləndirmək üslubunu formalaşdırıblar. Oxucunun "bu damarından" tutub bir xeyli getmək də mümkündür. Ancaq hələ orta statistik Azərbaycan oxucusu nəhayət bir gün görəndə ki, yazılanların 70-80 faizi eləcə "şirinquşdu", uşaq olmadığını sübut etmək üçün həmin şirəli çöpü atmağa yer axtaracaq və artıq axtarır da. Yazılardakı "dadlı yalanlar" və müəyyən qədər də primitivlik bəzən böyük bir auditoriyanın itirilməsinə səbəb olacaq və olur da. Bu tip xoşagəlməz tendensiyalardan uzaqlaşmaq daha faydalıdır, nəinki müvəqqəti parıltıların naməlum liderlik iddialılığı...
Belədə ən düzgün variant cəmiyyətə daha çox vacib olan bol informasiyalı, eyni zamanda yüksək səviyyəli məqalə, reportaj, müsahibə və köşələrin yer aldığı qəzetlər nəşr etməkdir. Bundan ötrü naşirə ən birinci nə lazımdır? Təbii ki, oxucu zövqünü təmin edən, ona nəsə verməyi bacaran kadr. Yəni əsl jurnalist! Dərd onda əlacsızlaşır ki, bəzən oxucu qəzet məsələsində mətbuat işçisindən qat-qat yüksəkdə dayanır. Bu acı həqiqəti də qəbul etməliyik.
Yayım təsərrüfatında ənənəvi abunə sisteminin də rolu böyükdür. Burada ciddi bir rəqabətin olması qəzetlərin reytinqini müəyyən sferada sistemləşdirir də. O qəzetlər ki, iddialıdırlar, onda nədən həmin qəzetlərin gerçək oxucuları məhz abunə kampaniyalarına laqeyd yanaşırlar?
Bu cür sualları bir xeyli sıralamaq da mümkündür. Əsas məqsəd bu deyil. Hər halda mövcud problemlər bunları da diktə etməkdədir. Baxmayaraq, dövlətimiz mətbuata fərq qoymadan seçimsiz bir qayğı da göstərir və qanun çərçivəsində hamı bundan bəhrələnir. Bunları xatırlamamaq da mümkün deyil.
Bəli, qəzetlər öz fəaliyyətlərini ciddi və əsl peşəkarlıqla qurmalıdırlar. Cəmiyyətin sifarişi, oxucunun tələbi belədir. Jurnalistikaya sevgi elə oxucuya olan sevgini tamamlayan niyyətdir. Peşəkarlar jurnalistikanın saflığını qorumaq üçün həmişə xeyirxah bir əzab içində yaşamalıdırlar. Həm də sayca xeyli üstün olan rosinantlara qarşı birlik nümayiş etdirməlidirlər.

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-01-21
2018-01-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK