viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | XANƏLİ KƏRİMLİNİN PAYIZ DUYĞULARI Adalet.az | XANƏLİ KƏRİMLİNİN PAYIZ DUYĞULARI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

XANƏLİ KƏRİMLİNİN PAYIZ DUYĞULARI

("Bölgələrdə ədəbiyyat" silsiləsindən)

57836    |   2014-04-19 06:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xanəli Kərimli Naxçıvanda, qədim Odlar diyarında yaşayan, oradakı ədəbi və elmi mühitin fəal nümayəndələrindən biri. Təkcə Naxçıvanda deyil, bütün məmləkətimizdə az da olsa tanınan bir şair-ziyalı...gKeçən il onun "Qanun" nəşriyyatı tərəfindən "Payız duyğuları" şeirlər kitabı çap olunub. Ömrünün 63-cü payızına qədəm qoyan bir şairin bu kitabına belə bir ad seçməsini də təsadüfi saymaq olmaz.
Xanəli Kərimli ömrünün də, yaradıcılığının da payız fəslini yaşayır. Bu fəsli Xanəli Kərimli üçün solan, saralan, xəzan dövrünü yaşayan fəsil yox, barlı-bəhərli payız kimi səciyyələndirmək olar. Doğrudan da, Xanəli Kərimli 60 yaşdan sonra gənclik həvəsindən qalmır, yazır-yaradır.
Kitab altı hissədən ibarətdir və hər hissənin də öz adı var: "Vətən və Vətən daşı", "Mən tövbələr qapısıyam", "Dünya və mən", "Başımın tacı torpaq", "Hələ ki gec deyil", "Duyğu əlçimləri"... Təbii ki, hər bir hissənin öz mövzusu var. Mən söhbətə üçüncü hissədən ("Dünya və mən") başlamaq istəyirəm. Görək şairin Dünya ilə münasibəti necədir, o özünü bu böyük, əbədi Dünyada necə hiss edir, taleyindən, keçdiyi ömür yolundan razıdırmı, əgər razı deyilsə, bunun səbəbləri nədir? Ümumiyyətlə "Dünya və mən"də ifadə olunan fikirlər, hisslər, duyğular oxucuya nə deyir, nəyi aşılayır?

Bu dünyanın dərdi böyük, qəmi yük,
Ha yayınla, ha yığışdır, ha da bük,
Əzabı çox, ağrısı tam, dəm böyük,
Dözə bilsən, şirin-şəkər dünyadı.

Hər zamanın havacatı başında,
Dağlayar sinəsin dağın, daşın da,
Diz yerə qoymayıb çərx savaşında,
"Mənəm" deyənlərə yəhər dünyadı.

Sən əl uzatsan da, sənə əl verməz,
Can qurban etsən də-sənə dil verməz,
Yasında ağlamaz, toyunda gülməz,
Təpədən-dırnağa xətər dünyadı.

Ay Xanəli, çox özünü yorma sən,
Bu dünyadan düz bazarlıq görməzsən,
Farağat dur, yoxsa xeyir görməzsən,
Dili şəkər, qəlbi zəhər dünyadı.

Dünya ilə münasibət Xanəli Kərimlidə narazılıq motivləri üzərində qurulur. İnsan ömrü, bu ömrün keçib-gəldiyi yol, bu yolun daşıyıcısı olan şəxs elə hey narahatdır. Bəzən öz-özünü qınayır ki: "Mənim şairliyim başıma dəysin. Qoruya bilmədim bir ocağı da". Və deyir ki: "...böyük söz meydanında çəkilmir nə adım, görünmür yerim". Gah da etiraf edir ki: "Bir vaxtlar çinartək yenilməz idim. Zirvələr də həsəd çəkərdi mənəgİndi ayım, günüm qarışıq düşüb. Bir kibrit çöpü də yanmır oduma".
Təbii ki, bu şikayətlər müəllifin özündən narazılığı kimi anlaşıla bilər.
Dünya deyəndə o, kainatı, səyyarələr aləmini deyil, daha dar mənada-yaşadığı cəmiyyəti, insanlar mühitini nəzərdə tutur. Deyəndə ki: "Bu dünyanı soyuq gördüm əzəldən, nə günündən, nə ayından yarıdım" - biz böyük Dünyanı deyil, məhz şairin - lirik qəhrəmanın yaşadığı kiçik aləmi görürük. Ona görə də aşağıdakı misraları təbii sayırıq. Mən və Dünya münasibətində Dünya nədir sualına axtardığımız cavabı tapırıq (Dünya mənim yaşadığım Yerdir, məkandır, insanlar aləmidir, gerçəklikdir).

Mən dünyadan bezmədim,
Dünya bezdirdi məni.
Dindirmədi kimsəni...
Şükür, mənim qazancım
Bu dünyadan dərd oldu.
Dərdimin bolluğu da
Dünya üçün dərd oldu.

Elə güman etməyin ki, Xanəli Kərimlinin bütün şeirləri beləcə dərdli-gileyli motivlər üzərində qurulub. Və bütün şeirlərində Dünya beləcə qaralanır. Əlbəttə, belə deyil. Mən Xanəli Kərimli bədbin və nostalgiya ilə yaşayan şair kimi yox, nikbin şair kimi səciyyələndirirəm.
"Başımın üstə torpaq" bölməsində Xanəli Kərimli məhz həyatsevərdir. Torpağa, soyuna-kökünə bağlı bir şair kimi diqqəti cəlb ediir. Onun torpaq və təbiət haqqında şeirlərindən torpağın və təbiətin rayihəsi gəlir.

Duman yalmanına yatıb dağların
Oxşayır ruhunu meh nəfəsilə.
Kipriyi şəbnəmli tər çiçəkləri
Oyadır bulaqlar zümzüməsilə.

Qayanın çınqıllı ətəklərində
Oxuyur kəkliklər xoş avazıyla.
Şəbnəmdən yoğrulan dağ gölləri də
Nazlanır yaşılbaş sonalarıyla.

Bir sal daş üstündə bir ovuc torpaq
Qoruyur bircə kol kəklikotunu.
Bir sısqa bulaq da alıb qoynuna
Məst olub uyuyan bulaqotunu.

İllərin tufanı sal qayaları
Zaman-zaman yonub heykəlləşdirib.
Təbiət də rəssam möcüzəsiylə
Hərəsin bir cürə gözəlləşdirib.

Bir çiçək ətri də Vətən ətridir,
O duyğu qəlbinə sığılsa əgər.
Onda görərsən ki, babalar haqmış,
Bu torpaq uğrunda ölməyə dəyər.

Xanəli Kərimdi-XX əsrin insanı, XXI əsrin də vətəndaşı, Yer oğlu, Azərbaycan ziyalısı, Naxçıvanlı dostumuz, şair, alim.
Təbii ki, onun həyat, ölüm, dünya, cəmiyyət haqda fikir və düşüncələri təkcə özünə aid deyil və bu mənada, şairin lirik "mən"ində müasirlərinin obrazı da əks olunur. yəni Xanəli Kərimli öz şeirlərində müasirlərinin də arzu və istəklərini ifadə edir. O deyir ki:

Ürəyin ağrıyır?!
Niyə qorxursan?!
Demək, sən qanırsan, sən yaşayırsan.
Başı daşdan-daşa dəyən Vətənin
Halal övladısan, dərd daşıyırsan.

Biz bu misraların səmimiyyətinə qətiyyən şəkk etmirik, Vətənlə onun övladları arasındakı ünsiyyəti alqışlayırıq.
Amma deyəndə ki: "Vətəni işğal olunmuş millətin birinci, edam edilməlidi şairləri, müəllimləri. Sonra alimləri, zabitləri, əsgərləri. Daha sonra vaxt qalsa, həvəs olsa, o biriləri" - biz bu fikirlə qətiyyən razılaşmırıq. Vətəni işğal olunmuş millət, əgər millətdirsə, özündə güc tapıb işğala son qoymalıdır!
Xanəli Kərimlinin ustadlara həsr etdiyi silsilə şeirləri də diqqətdən yayınmır və bu şeirlər Zamanın keçmişində yaşayan, amma bütün əsrlərin mənəvi sərvəti sayılan ustadlara böyük məhəbbətin ifadəsi kimi yadda qalır. Mirzə Cəlilin ruhuna həsr olunmuş şeir İlahiyə müraciətlə yazılıb:
Mənə qələm vermisən-dərdimi yazmaq üçün,
Dərdimi bol etmisən-nəşəmi pozmaq üçün.
Bir kor iynə vermisən-gorumu qazmaq üçün,
Şükür sənin hüsnünə, şükür sənə, İlahi.

H.Cavidin məqbərəsi önündə düşüncələr də şeirə dönüb ustada məhəbbət və ehtiram ifadə edir:

Sən elə qüdrətsən ki, sənə əlimiz yetməz!..
Sən xalqın ələmisən, kədərisən, dərdisən.
Bütün qadağaları, bütün sədləri qırıb
Haqqa haqq deyən kişi, zəmanənin mərdisən.

Xanəli Kərimli əsl kənd adamıdır. Bu sözü deyəndə mən onu binadan əkinçi, biçinçi kimi deyil (cavanlığında əkib də, biçib də!), daha çox kəndi duyan, onun problemləri ilə yaşayan öir ziyalı hesab edirəm. Mənə o xoş gəlir ki, Xanəli Kərimli kəndin romantik dünyasına, şeiriyyətinə vaqif bir şairdir.

Zirvədən təzəcə boylanırdı Ay,
Ocaq köz tökürdü aramla lay-lay.
Çubuq şişlikləri düzdük bir qolay,
Başladıq gecəni gecələməyə.

Boynu buruq-buruq dəvə təpələr,
Ayın işığında mürgü döyürlər.
Ləçəyi yellənən güllər, çiçəklər
Çırpınır ətrini səpələməyə.

Bu yay gecəsinin aylı gecəsi,
Bulaq pıçıltısı, mehin nəfəsi.
Köz üstə dəmlənən çay zümzüməsi
Çağırır könlümü təzələnməyə.

Bu şeirdə Xanəli Kərimlinin xalq şeirinə məhrəmliyi də hiss olunur. Şeir həm məzmunu-Ay işığının saçdığı gözəllikləri əks etdirdiyi üçün, həm də formaca xoş təsir buraxdığı üçün maraqlıdır.
Mən Xanəli Kərimlinin "Vətən və Vətən daşı" silsiləsi haqda da xoş söz deyə bilərəm. Bu silsilədə olan qeirlər Azərbaycana, bayrağımıza, şəhidlərimizə, ustadlarımıza, türk dünyamıza, müstəqilliyimizə, ulu öndərimiz Heydər Əliyeva böyük ehtiram və məhəbbətlə yazılan nümunələrdir.
Və bu yazıda tənqid xatirinə deyil, həqiqi müşahidəmə görə deyə bilərəm ki, Xanəli Kərimlinin kitabında onun yaxşı şeirləri ilə müqayisədə ortababları, hətta bir neçə zəif şeirləri də var. Bunlara elə bilirəm, onun gələcək kitablarında rast gəlməyəcəyik. Amma təbiidir bu da, çünki yaxşılar seçilir, adı çəkilir, nümunə gətirilir, ortabablar qıraqda qalır.
Xanəli Kərimliyə uğurlar diləyirəm. Yolundan dönməsin. Payız bolluq fəslidir, yazsın, yaratsın. Özü demişkən: "Bu yol mənim əzəli, əbədi bir yolumdur".

Vaqif YUSİFLİ


İmza:

YAZARIN ARXİVİ

2019-06-27 : Səmimi şeirlər
2019-01-20 : 20 YANVAR: 29 İL
2018-11-03 : Çiçək sevgisi
2018-10-17 : HALALLIQ
2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK