adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Aprel 2014 19:01
5492
ƏDƏBİYYAT
A- A+

İlham Əliyevdən Kolumbiyalı həmkarına başsağlığı - Markesin ölümünə görə

Azərbaycan prezidenti İlham Əliyev Qabriel Qarsiya Markesin vəfatı ilə əlaqədar Kolumbiya prezidenti Xuan Manuel Santosa başsağlığı verib.

Adalet.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab prezident, böyük yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Bu əvəzsiz itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Kolumbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.