Maskalı şəxslər ev sahibini qana boyadı - Tərtərdə
Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Adalet.az-ın Anspress-ə istinadən verdiyi xəbərə görə, rayonun Sarov kənd sakinin Rüsxarə Həsənovanın evinə gecə 4 radələrində 3 nəfər maskalı şəxs basqın edib.
Ev sahibinin oğlu Vidadi Hüseynovun yataq otağına daxil maskalılar ondan evdə olan pul və zinyət əşyalarını verməsini tələb edib. Qonşuların ANS PRESS-in bölg əmüxbirinə verdikləri məlumata görə, Vidadinin həyat yoldaşını bıçaqla hədələyən oğrular evdə olan zinyət əşyalarını və 600 manat pulu götürüb. Daha sonra oğrular Vidadi Hüseynova bıçaqla 3 zərbə vuraraq qaçıblar.
Qeyd edək ki, Vidadi Hüseynovun 2 övladı var. Hadisə baş verən vaxt azyaşlılar digər otaqda olub. Yaralı dərhal qohumların köməyilə Bərdə Mərkəzi rayon Xəstəxanasına aparılıb. Əməliyyat olunub. Xəstəxanadan aldığımız məlumata görə, hazırda xəstənin vəziyyəti ağırdır.
Tərtər rayon polis şöbəsindən bildirdilər ki, naməlum şəxslər zərərçəkənlə əlbəyaxa olub. Bıçağı da müqavimət göstərən zaman vurublar.
Hazırda cinayət törətmiş şəxslərin axtarışı davam edir.
Faktla bağlı Tərtər rayon PŞ də CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5 maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər Xəbərlər
25 Aprel 2024 11:48
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
25 Aprel 2024 09:54Xankəndidə silah-sursat aşkar edildi
24 Aprel 2024 11:16Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub
24 Aprel 2024 10:16Xankəndidə xeyli silah-sursat aşkarlandı
24 Aprel 2024 09:43