adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Aprel 2014 17:12
7276
KRİMİNAL
A- A+

Qalamaqallı killer Azərbaycan ermənisi imiş

Ermənistandan Rusiyaya ekstradisiya olunan killerin Azərbaycan ermənisi olduğu məlum olub.

Adalet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qazaxıstanlı iş adamını qətlə yetirərək Ermənistana qaçan şəxs Dağlıq Qarabağda anadan olmuş ermənidir.

İş adamını qətlə yetirməkdə şübhəli bilinən erməninin 2004-cü ildə Rusiya vətəndaşlığı aldığı bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın "Baltinfo” informasiya agentliyi Ermənistandan Rusiyaya ekstradisiya olunan killerin milliyyətcə azərbaycanlı olması barədə məlumat yayıb.

Araşdırma nəticəsində məlum olub ki, qazaxıstanlı iş adamını qətlə yetirən şəxs Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olmuş, milliyyətcə erməni Marat Sarkisovdur.

Sifarişli qətl törədən Azərbaycan ermənisi aprel ayında Rusiya və Ermənistan polisinin birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində yaxalanaraq Rusiya Federasiyasına ekstradisiya olunub.

Erməni killer 2012-ci ilin aprelində Moskvanın Beqovoy küçəsində sifarişli qətl törədib. Belə ki, 2012-ci il aprelin 19-dan 20-nə keçən gecə Beqovoy küçəsində 7 güllə yarası almış 52 yaşlı qazaxıstanlı iş adamının cəsədi tapılıb. Hadisə yerindən 100 metr aralıda isə qətldə istifadə olunan tapança aşkar olunur. Qazaxıstanlı iş adamının avtoyuycu sahibi olduğu bildirilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qatilin Rusiya ərazisindən qaçdığı məlum olub.

Erməni killerin 27 yaşlı Vladimir şəhər sakini olduğu bildirilib. Hazırda qətli sifariş verənin kimliyinin araşdırılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.