adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Aprel 2014 16:17
4843
GÜNDƏM
A- A+

Şahin Sultanovun rütbəsi endirilməyib - Rəsmi açıqlama

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovla bağlı bəzi KİV-də yayılan məlumatlara münasibət bildirib.

Adalet.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mətbuatda Ş. Sultanovun rütbəsinin iki pillə aşağı salınması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Xatırladaq ki, bu gün bir sıra KİV-də Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Ş. Sultanovun rütbəsinin iki pillə endirilməsi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, Ş. Sultanov bu ilin martında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.