adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Aprel 2014 12:32
4302
SİYASƏT
A- A+

Millət vəkili ön cəbhədə olanlara imtiyazlar istədi

Milli Məclisin sessiyasında deputat Qənirə Paşayeva ön cəbhədə yerləşən kəndlərin durumundan danışıb.

 

Deputat ön cəbhədə yaşayan insanlar qəhrəman adlandırıb: "Onlar evlərini tərk etmirlər, Ermənistanın kəndləri və insanları atəşə tutmasına baxmayaraq insanlarımız ordumuzun yanındadır. Düşmən uşaq-qadın demədən hər kəsi atəşə tutur.

 

Mən cəbhə xəttində yaşayan insanların fikirini çatdırmaq istəyirəm. Söhbət ön cəbhədə yaşayan insanların övladlarının ödənişsiz təhsil almasından gedir.

Eləcə də, kommunal xidmətlər məsələsində onlara güzəşt tətbiq olunsun. Həmçinin cəbhə kəndlərində kapital qoyanlara güzəşt edilsin. Bir də hədəfə alına biləcək evlərin hasarı tikilsin. Eləcədə sosial təminat məsələsində onlara yardım olunsun”.