adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Aprel 2014 12:07
6062
HADİSƏ
A- A+

Sərnişin avtobusları toqquşdu -10 nəfər yaralanıb

Bu gün səhər 10 radələrində paytaxtın Nizami rayonunda iki sərnişin avtobusu toqquşub.Adalet.az -ın musavat.com-a istinadən verdiyi məlumata görə, hadisə "Neftçilər” metrostansiyasının yaxınlığında baş verib.

Belə ki, 50 və 35 saylı marşrut-avtobusların toqquşması nəticəsində hər ikisi yararsız vəziyyətə düşüb.

Həmçinin marşrutların sərnişinləri ciddi şəkildə zədələnib. Ona yaxın yaralının olduğu bildirilir. Hadisə yerinə iki polis və iki təcili yardım maşını gəlib və yaralılara ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıblar. Hadisə şahidləri isə təcili yardım maşınlarının gec gəlməsindən şikayətləniblər.