adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Aprel 2014 11:38
5998
MƏMLƏKƏT
A- A+

Azərbaycanda “İnternet Günü” olsun - Təklif

"Yeni Media Jurnalistləri” İctimai Birliyi 23 avqust tarixini Azərbaycanda "İnternet Günü”elan edilməsi ilə bağlı təşəbbüslə çıxış edib.

Adalet.az xəbər verir ki, bu barədə təşkilatın sədri Xaqani Səfəroğlu bildirib. Onun sözlərinə görə, 23 avqust 1993-cü ildə beynəlxalq internet məkanında Azərbaycanın milli domeni olan ".az” domeni istifadəyə verilib. Məhz bu gün müstəqil Azərbaycanın beynəlxalq şəbəkəyə daxil olması baxımından əlamətdardır. YMJ-nin sədrinin sözlərinə görə, ölkədə internet texnologiyalarının vüsəti və yeni medianın təşəkkülü belə bir günün qeyd olunmasını şərtləndirir. Təqvimdə belə bir günün olması eyni zamanda prezidenti İlham Əliyevin aprelin 2-də imzaladığı "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"sının da prioritetlərinə öz töhfələrini verəcək.

"Biz bu təkliflə Mətbuat Şurasına müraciət edəcəyik. Mətbuat Şurası tərəfindən 2014-cü il "İnternet media” ili elan olunub. Azərbaycanda belə bir günün qeyd olunması yaxşı olardı. İldə bir dəfə internet məkanında çalışanlar bir araya gəlib öz uğurlarını, problemlərini və əməkdaşlıq perspektivlərini müzakirə edə bilərlər.”-deyə X.Səfəroğlu vurğulayıb. YMJ bununla bağlı təkliflərini yaxın zamanda Mətbuat Şurasına təqdim edəcək.